Menyu

Tez-tez verilən suallar

Bağlanmış müqaviləyə uyğun olaraq qaytarılmaq, müəyyən müddətə (müddətin uzadılması hüququ ilə) və faizlər (komisyon haqları) ödənilmək şərti ilə, təminatla və ya təminatsız borc verilən pul vəsaitidir.
Biznes krediti sahibkarlıq subyektlərinin maliyyə ehtiyaclarını qarşılamaq üçün verilən kreditdir.
-    Şəxsiyyət vəsiqəsi -    Vergi qeydiyyat şəhadətnaməsi (VÖEN) -    Fəaliyyət göstərdiyiniz müəssisənin təsis sənədləri -    Son 6 ayın maliyyə hesabatları -    Bank çıxarışları və s.  
Biznes krediti dövriyyə kapitalının artırılması, avadanlıq alınması, ticarət əməliyyatları və digər biznes inkişafı məqsədləri üçün istifadə olunur.
Hüquqi şəxslər (müəssisələr), Fərdi sahibkarlar (fiziki şəxslər), Ailə kəndli təsərrüfatları
Kredit ödənişini filiallar, MilliÖn, E-manat terminalları vasitəsilə həyata keçirə bilərsiniz
Kredit məhsulunun növündən, məbləğindən və qiymətləndirmə nəticələrindən asılı olaraq girov və/və ya zamin tələb oluna bilər. Tələb olunan təminatlar barədə ətraflı məlumatı filiallarımız və ya əlaqə vasitələrimiz vasitəsilə əldə edə bilərsiniz.
Güzəşt müddəti götürülən kredit üzrə əsas borca tətbiq edilən möhlətdir. Bu müddət ərzində yalnız faiz borcunun ödənişi aparılır.
Kredit müraciətlərinə baxılma müddəti kredit növündən və təqdim olunan sənədlərin tamlığından asılı olaraq dəyişə bilər.
Kredit məbləği seçilmiş kredit məhsuluna və müraciət edən şəxsin uyğunluq meyarlarına əsasən müəyyən edilir.
Faiz dərəcələri kredit məhsulunun növü, kredit məbləği, müddəti və maliyyələşmə şərtlərindən asılı olaraq dəyişir.
Kredit müqaviləsinin şərtlərinə uyğun olaraq kreditin vaxtından əvvəl tam və ya qismən ödənilməsi mümkün ola bilər.
Ətraflı məlumat almaq üçün filiallarımız, rəsmi internet saytımız və digər əlaqə kanallarımız vasitəsilə bizimlə əlaqə saxlaya bilərsiniz.
Bəli, kredit müraciətinizə baxıldıqdan sonra nəticə barədə sizə məlumat təqdim olunur.
Müraciətinizin statusu barədə əlaqə vasitələrimiz və ya məsul əməkdaşlarımız vasitəsilə məlumat əldə edə bilərsiniz.