|
Aqrar Kredit və İnkişaf Agentliyinin (AKİA) vəsaiti hesabına kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin maliyyələşdirilməsi məqsədilə güzəştli kreditlər təqdim olunur. Kreditlər kənd təsərrüfatı məhsullarının istehsalı, emalı, saxlanması və digər aqrar layihələrin inkişafına yönəldilir və sərfəli şərtlərlə təqdim edilir.
|
|
Kreditin təyinatı
- Kənd təsərrüfatı məhsullarının istehsalı, emalı, saxlanması və satışı proseslərinin təkmilləşdirilməsi ilə bağlı layihələrin maliyyələşdirilməsi;
- Regionların aqrar inkişafı ilə bağlı innovativ layihələrin maliyyələşdirilməsi;
- Kənd təsərrüfatı istehsal vasitələrinin təchizatının yaxşılaşdırılması ilə bağlı layihələrin, həmçinin onların güzəştli şərtlərlə satışının, lizinqə verilməsinin və kreditləşməsinin maliyyələşdirilməsi;
- Heyvandarlıq təsərrüfatlarının dövlət-özəl tərəfdaşlığı tətbiq edilməklə inkişafı sahəsində layihələrin maliyyələşdirilməsi;
- Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin pilot layihələrinin maliyyələşdirilməsi;
İllik faiz dərəcəsi
Mikro kreditlər:
Təminatsız verilən mikro kreditlər üzrə 12 %;
Təminatlı kreditlər üzrə 7%.
Nağd kreditlər – 7 %.
Kənd təsərrüfatı istehsal vasitələrinin alışının maliyyələşdirilməsi – 5%.
|
Kreditin istifadəçiləri:
- sahibkarlıq subyektləri (fiziki və hüquqi şəxslər)
Kredit məbləği:
- Mikro kreditlər – 15 000 manatadək;
- Nağd kreditlər – 15 001 manatdan 200 000 manatadək
- Kənd təsərrüfatı istehsal vasitələrinin alışının maliyyələşdirilməsi – 1 000 000 manatadək.
- Damazlıq heyvanların alışının maliyyələşdirilməsi – 1 000 000 manatadək.
Kredit müddəti;
- Mikro kreditlər – 36 ayadək;
- Nağd kreditlər:
- Kiçik və ortahəcmli kreditlər üçün - 36 ayadək;
- İrihəcmli kreditlər üçün - 60 ayadək.
- Kənd təsərrüfatı texnika və avadanlıqları üzrə – 60 ayadək.
- Damazlıq heyvanların alışının maliyyələşdirilməsi üzrə – 36 ayadək.
|