Azərbaycan Respublikası Səhmdar Kommersiya Aqrar Sənaye Bankı 22 oktyabr 1987-ci ildə keçmiş SSRİ Aqrar Sənaye Bankının Azərbaycan Respublikası Bankı kimi yaradılmışdır.
Azərbaycan Respublikası Səhmdar Kommersiya Aqrar Sənaye Bankı 1988-ci il yanvar ayının 1-dən fəaliyyətə başlamışdır.
1992-ci il oktyabr ayının 26-dan Azərbaycan Respublikası Səhmdar Kommersiya Bankı kimi təsis edilmiş və 2001-ci ilədək Azərbaycan Respublikası Səhmdar Kommersiya Aqrar Sənaye Bankı kimi fəaliyyət göstərmişdir.
“Aqrarkredit” QSC Azərbaycanda ilk dəfə Dünya Bankının “Təsərrüfatların Özəlləşdirilməsi Layihəsi”nin kredit komponentinin icrasını həyata keçirmişdir.
Azərbaycan hökuməti ilə Yaponiya hökuməti arasında imzalanmış Notalar mübadiləsinə əsasən Yaponiya hökumətinin 2KR proqramı çərçivəsində ayrılmış qrantlar hesabına alınmış kənd təsərrüfatı texnikalarının lizinqə verilməsi və icarə haqqının toplanmasında hökumətin adından “Aqrarkredit” QSC Kənd Təsərrüfatı Nazirliyi ilə birlikdə “agent” funksiyasını həyata keçirmişdir.
Azərbaycan Respublikasında aparılmış bank islahatlarına uyğun olaraq aprel 2001-ci il tarixdən təşkilati hüquqi forması saxlanılmaqla «Aqrarkredit» Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatı adı altında fəaliyyət göstərir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 09 oktyabr tarixli 195s saylı Sərəncamına əsasən «Aqrar Kredit Fondu» Məhdud Məsuliyyətli Bank olmayan Kredit Təşkilatı «Aqrarkredit» Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatına qoşulmuşdur.
Kənd Təsərrüfatının İnkişafı üzrə Beynəlxalq Fondun (İFAD) maliyyələşdirdiyi “Şimal-Şərq İnkişaf Layihəsi”nin (Abşeron, Xızı, Şabran və Siyəzən rayonları) kredit komponenti uğurla icra edilmişdir.
Kənd Təsərrüfatının İnkişafı üzrə Beynəlxalq Fondun (İFAD) maliyyələşdirdiyi “Şimal-Qərb Kənd İnkişaf Layihəsi”nin (Qazax, Şəmkir, Ağstafa, Tovuz rayonları üzrə) kredit komponenti uğurla icra edilmişdir.
Kənd Təsərrüfatının İnkişafı üzrə Beynəlxalq Fondun (İFAD) maliyyələşdirdiyi “Kənd Yerlərinin Kompleks İnkişaf Layihəsi”nin (Ağdaş, Yevlax, Şəki və Oğuz rayonları üzrə) kredit komponenti uğurla icra edilmişdir.
“Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli 570 nömrəli Fərmanının icrası ilə bağlı həmin bankdan “Aqrarkredit” QSC-yə ötürülmüş problemli aktivlərin idarəedilməsi təmin edilir
“Aqrarkredit” QSC-də institusional inkişaf istiqamətində mühüm addımlar atılmış, idarəetmə və daxili nəzarət mexanizmləri daha da təkmilləşdirilmişdir. Rəqəmsallaşma və müasir idarəetmə prinsiplərinin tətbiqi genişləndirilərək fəaliyyətin effektivliyi və şəffaflığı artırılmışdır.