Menyu

Mərkəzi Bankda mətbuat konfransı keçirilib

Mərkəzi Bankda mətbuat konfransı keçirilib 1
07 may 2026

    6 may 2026-cı il tarixində Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən faiz dəhlizinin parametrləri ilə bağlı qəbul olunmuş qərara həsr edilən mətbuat konfransı keçirilib.
Mətbuat konfransında Mərkəzi Bankın sədri Taleh Kazımov tərəfindən ölkədə mövcud iqtisadi vəziyyət və pul siyasəti istiqamətləri barədə məlumat verilib. Tədbir çərçivəsində inflyasiya mühiti və proqnozları, iqtisadi artım, tədiyə balansı və monetar şərait kimi əsas mövzular müzakirə olunub.
Sual-cavab sessiyası zamanı media nümayəndələrinin sualları cavablandırılıb, iqtisadi göstəricilər və gözləntilərlə bağlı fikir mübadiləsi aparılıb.
Mətbuat konfransında “Aqrarkredit” QSC-nin aidiyyəti üzrə müvafiq şəxsləri iştirak ediblər.

 

Mətbuat konfransının tam videosu:

https://www.youtube.com/live/n9JkmdZ1feo