Nəbiyeva Gülhava Akif qızı 1981-ci il təvəllüdlüdür.
2003-cü ildə Bakı Dövlət Universitetinin tətbiqi riyaziyyat və riyazi kibernetika fakültəsinin bakalavr, 2005-ci ildə isə həmin fakültənin magistr dərəcəsini alıb.
2004 - 2010-cu illərdə AMEA-nın Kibernetika İnstitutunda laborant, elmi işçi olaraq işləyib, həmin illərdə Bakı Dövlət Universitetinin İnformatika Fakültəsində dərs deyib. 2010 - 2016-cı illərdə Dövlət Sığorta Nəzarəti Xidmətində məsləhətçi, Maliyyə Bazarlarına Nəzarət Palatasında aparıcı mütəxəssis vəzifəsində çalışıb.
2016-cı ildən Maliyyə Nazirliyinin Maliyyə xidmətləri üzrə siyasət şöbəsində baş məsləhətçi, 2026-cı ildən Maliyyə Nazirliyinin Aparatının Maliyyə xidmətləri və dövlət müəssisələri üzrə siyasət şöbəsinin Maliyyə xidmətləri və dövlət müəssisələri üzrə siyasətin təşkili sektorunun müdiri vəzifəsində çalışır.
2026-cı ildən “Aqrarkredit” QSC-nin Təftiş Komissiyasının sədridir.
Məmmədov Şahin Tofiq oğlu 1987-ci il il təvəllüdlüdür.
2008-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə-kredit fakültəsinin bakalavr, 2010-cu ildə isə həmin fakültənin Ehtimal nəzəriyyəsi və riyazi statistika üzrə magistr dərəcəsini alıb.
2010 - 2011-ci illərdə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin Dövlət Borcunun İdarə Edilməsi Agentliyinin xarici borcun uçotu və icmallaşdırılması şöbəsində aparıcı məsləhətçi, 2011-2017-ci illərdə həmin şöbənin baş məsləhətçisi, 2017-ci ildən bu günədək sözügedən Agentliyin Dövlət borcun idarə edilməsi şöbəsinin daxili borcun icra və nəzarəti sektorunun müdiri vəzifəsində çalışır.
2015-ci ildən “Aqrarkredit” QSC-nin Təftiş Komissiyasının üzvüdür.
Həsənov Mehdi Səfər oğlu 1976-cı il il təvəllüdlüdür.
1997-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin İqtisadiyyatın dövlət tənzimlənməsi fakültəsinin bakalavr, 1999-cu ildə isə həmin fakültənin magistr dərəcəsini alıb.
2002 - 2004-cü illərdə AMEA-nın Kimya Prolemləri İnstitutunda iqtisadçı, 2004-2007-ci illərdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin İqtisadi siyasət şöbəsində məsləhətçi, 2007-2009-cu illərdə böyük məsləhətçi, 2009-2012-ci illərdə baş məsləhətçi vəzifələrində işləmişdir. 2012-ci ildən bu günədək sözügedən şöbənin Maliyyə-kredit sektorunun müdiri vəzifəsində çalışır.
2021-ci ildən “Aqrarkredit” QSC-nin Təftiş Komissiyasının üzvüdür.