Menyu

“Aqrarkredit” Qapalı Səhmdar Cəmiyyəti  2001-ci ildən fəaliyyət göstərən bank olmayan kredit təşkilatıdır. Hazırda təşkilat həm maliyyə institutu kimi kreditlərin verilməsi, həm də “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin ona ötürülmüş problemli aktivlərinin qaytarılması ilə məşğul olur. Təşkilatın səhmləri tam şəkildə dövlətə məxsusdur.  

“Aqrarkredit” QSC-nin əsas hədəf auditoriyası respublikanın regionlarında fəaliyyət göstərən sahibkarlıq subyektləridir. Təşkilat 12 regional filialı vasitəsi ilə ölkənin bütün şəhər və rayonlarında hüquqi və fiziki şəxslərə, borclular qruplarına, ailə kəndli təsərrüfatlarına kredit xidməti göstərmişdir.